Şamaxı təmsilçisi Qətərin "Əl-Xaraitiyat" klubu ilə qarşılaşacaq.
"Şamaxı"nın yay təlim-məşq toplanışı zamanı rəqiblərindən biri məlum olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Şamaxı təmsilçisi Qətərin "Əl-Xaraitiyat" klubu ilə qarşılaşacaq. Qarşılaşma iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, baş məşqçi Azər Bağırovun komandası ilk sınaq matçında iyulun 20-də "Kəpəz" ilə üz-üzə gələcək. Qətər təmsilçisi ilə görüşdən sonra isə "Şamaxı" iyulun 30-da "Sumqayıt"la üz-üzə gələcək. Bölgə təmsilçisi hazırlıq mərhələsinin son yoxlama qarşılaşmasında, avqustun 4-də isə "Qəbələ" klubu ilə qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışı çərçivəsində planlaşdırılan bütün qarşılaşmalar Qəbələ şəhər stadionunda baş tutacaq.













