19 yaşadək qızlardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına yığışır. Matc.az xəbər verir ki, komanda sabah bir araya gələcək.

Bakıda təşkil edilən hazırlıq ayın 18-dək davam edəcək. Toplanışa 18 futbolçu dəvət olunub ki, onlar arasında Türkiyə və Almaniyadan çağırılanlar da var.

U-19-un heyəti: Elvira Əsgərzadə, Minarə Gözəlova, Nigar Əhmədova, Sona Rəhimova, Aytac Nemətova, Fidan Abdurrahmanova (hamısı 8 - iOEUGiM), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva, Nəzrin Məmiyeva (hamısı "Keşlə"), Lamiyə Qurbanova ("Qəbələ"), Jalə İldirimova ("Uğur"), Umnisə Əliyeva, Ləman Niftəliyeva (hər ikisi "Fidan"), Neslihan Bozkaya ("Kemer", Türkiyə), Beyzanur Aslan ("Antalyaspor", Türkiyə), Seval Cakan, Çalen Klöb ("Essen-Şönebek", Almaniya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest