"Liverpul" hücumçusu Divok Oriqini komandada saxlamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qırmızılar" Belçika millisinin üzvünü satmayacaq.

Klub rəhbərliyi 24 yaşlı forvarda gələn ilin sonuna qədər olan müqavilə müddətini artırmağı təklif edib. Futbolçu hətta yeni sözləşməyə razılıq verməsə belə, klub gələn il azad agent olacağını bilə-bilə onu heyətində saxlayacaq.

Oriqi artıq klubun bazasına gələrək, məşqlərə başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest