"Porto"nun və Portuqaliyanın gənclərdən ibarət yığmasının hücumameyilli yarımmüdafiəçisi Rodriqo Mora "Roma"nın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddəti açıqlanmasa da, söhbətin tamhüquqlu transferdən getdiyi vurğulanır. Mora "Roma" heyətində 86 nömrəli formada çıxış edəcək.

"Roma"nın bu keçid üçün 25 milyon avro ödəyəcək. Bundan əlavə, "Porto" Moranın növbəti satışından 50 faiz pay almaq hüququ qazanıb. "Roma" əvvəlcədən razılaşdırılmış məbləğ qarşılığında bu hüququ geri ala biləcək, Portuqaliya təmsilçisi isə bu satınalmanı məcburi etmək variantına sahib olacaq.

"Port0"nun yetirməsi olan Mora 2024-cü ildən əsas komandada çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 44 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yaddan qalıb. 19 yaşlı oyunçu Portuqaliyanın U-21 gənclər yığmasında keçirdiyi 4 oyunda 4 qol vurmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest