19 Avqust 2026, 21:06
FUTBOL
Özbəkistan millisinin vingeri Abbosbek Fayzullayev karyerasını Fransada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Les Transferts" nəşri məlumat yayıb.
Fransa "Strasburq"u futbolçunu heyətinə qatmağı hədəfləyib. Liqa 1 klubunun rəhbərliyi Özbəkistan millisinin oyunçusunu yay "transfer pəncərəsi"nin sonu üçün hədəf olaraq müəyyənləşdirib.
Fayzullayevin "Başakşəhər"lə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədə olduğu üçün bu keçid "Strasburq" üçün çətin görünür.
Fayzullayev 2025-ci ilin yayında 2023-cü ilin avqustundan çıxış etdiyi Moskvanın "MOİK" klubundan "Başakşehirə" keçib. O, türkiyə klubunun heyətində ümumilikdə 72 matçda 8 qol vurub və 22 məhsuldar ötürmə edib.













