19 Avqust 2026, 20:26
FUTBOL
Yarımmüdafiəçi Teyyani Reynders "Mançester Siti"dən "Əl-Qədisiyə"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə "Mançester Siti"nin rəsmi saytı məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubunun 28 yaşlı futbolçu üçün 60 milyon avro ödəyəcəyi bildirilir.
Ötən mövsüm Reynders bütün turnirlərdə 47 oyunda iştirak edib, 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalında niderlandlı oyunçunun bazar dəyəri 50 milyon avro təşkil edir.













