Ukrayna millisinin vingeri Mixaylo Mudrik "Çelsi"də yeni oyun nömrəsi alıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni mövsümdə Mudrik "Çelsi"də 33 nömrəli forma ilə çıxış edəcək.
Bildirilir ki, "Şaxtyor"dan transfer olunduqdan sonra Mixaylo əvvəlcə 15 nömrəli, daha sonra isə 10 nömrəli formada oynayıb.
Hazırda bu nömrələr müvafiq olaraq Nikola Cekson və Koul Palmerə məxsusdur.
Mövsümöncəsi yoldaşlıq görüşlərində isə ukraynalı futbolçu meydana 43 nömrəli formayla çıxıb.
Xatırladaq ki, bu yay Mudrik dopinq diskvalifikasiyasının müddəti azaldıqdan sonra futbola geri dönüb. Ukraynalı oyunçunun icarəyə göndərilməsi mümkündür və hazırda ən real variant olaraq "Koventri" hesab edilir. 2023-cü ilin yanvarında "Çelsi" Mudrik üçün Donetsk "Şaxtyor"una 70 milyon avro ödəyib.













