"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran Çempionlar Liqasının pley-off mərhələsində yeni komandasının heyətində dubla imza atıb.
"Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran Çempionlar Liqasının pley-off mərhələsində yeni komandasının heyətində dubla imza atıb.
Matc.az xəbər verir ki, hücumçunun çıxış etdiyi "Seltik" klubu doğma meydanda LASK komandasını qəbul edib və 3:0 hesabı ilə inamlı qələbə qazanıb.
Matçın 26-cı dəqiqəsində Nyuqren hesabı açıb. Daha sonra səhnəyə Kamilo Duran çıxıb. Kolumbiyalı forvard oyunun 38-ci dəqiqəsində komandasının ikinci qolunu rəqib qapısından keçirib. Qarşılaşmanın 67-ci dəqiqəsində isə o, ilk qolun müəllifi Nyuqrenin ötürməsini qola çevirərək matçda son nöqtəni qoyub və dublunu rəsmiləşdirib.













