"Çox çətin olacaq, lakin "Qarabağ" qalib gələcək".

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vaqif Cavadov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Tvente" matçı öncəsi Niderland mətbuatına verdiyi açıqlamada fikirlərini bölüşüb və oyunun qalibini proqnozlaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə Niderlandın "Twenteinsite.nl" idman nəşri məlumat yayıb.

Vaqif Cavadov rəqib komandanın asan təslim olmayacağını desə də, Ağdam təmsilçisinin qalib gələcəyinə inanır. Sabiq futbolçu Bakıda verdiyi müsahibədə qarşılaşma barədə bu fikirləri qeyd edib:

"Oyun barədə nə gözlədiyimi soruşursunuzsa, deyə bilərəm ki, çox çətin olacaq, lakin "Qarabağ" qalib gələcək. "Qarabağ" əvvəllər başqa bir şəhərin klubu idi, lakin son 10 ildə Bakıda elə bir səviyyəyə çatdılar ki, artıq bütün ölkənin komandasına çevriliblər".

Niderland mətbuatı Vaqif Cavadovun 2010-cu ilin yanvarında məhz "Qarabağ"dan "Tvente"yə transfer olunduğunu, lakin zədə səbəbindən orada rəsmi oyuna çıxa bilmədiyini xatırladıb.

Hazırda Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisinin köməkçisi olan Cavadov, Niderland təmsilçisi ilə hələ də əlaqələrinin qaldığını və ötən il klubda məşqçilik təcrübəsi keçdiyini də əlavə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest