İngiltərənin "Çelsi" klubu İtaliya "Atalanta"sının müdafiəçisi Honest Axanor ilə müqavilə şərtlərini razılaşdırıb. 18 yaşlı futbolçu London təmsilçisi ilə uzunmüddətli sözləşmə imzalamağa çox yaxındır.  

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Nikolo Skira "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, 2008-ci il təvəllüdlü Axanor ilə 2033-cü ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin detalları tam razılaşdırılıb.

Hazırda "Çelsi" gənc oyunçunun transferi üçün "Atalanta" ilə 45 milyon avro qarşılığında fəal danışıqlar aparır. Sazişə əsasən, İtaliya klubu futbolçunun növbəti satışından da faiz əldə edə bilər.

Qeyd edək ki, Honest Axanor geridə qalan 2025/2026 mövsümündə İtaliya A Seriyasında 22 matçda, UEFA Çempionlar Liqasında isə 9 oyunda meydana çıxıb. Gənc müdafiəçi bu qarşılaşmalarda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest