"Vest Hem"in cinah hücumçusu Adama Traore İspaniyanın "Deportivo" klubu ilə müqavilə imzalayıb. 30 yaşlı vinger yaxın vaxtlarda yeni komandasının düşərgəsinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında müqavilənin imzalanması ilə bağlı bütün rəsmi prosedurlar tam yerinə yetirilib.
"Deportivo" bundan əvvəl hücumçu Pyer-Emerik Obameyanqı da heyətinə qatıb ki, qabonlu forvard vaxtilə Adama Traore ilə birlikdə "Barselona"da çıxış edib.
İspaniyalı futbolçunun London klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi var idi. Geridə qalan mövsümdə o, "Vest Hem"in heyətində bütün turnirlərdə 32 matçda meydana çıxıb, lakin fərqlənə bilməyib.













