Sabah Azərbaycan Premyer Liqasında III turun oyunlarına start veriləcək.

Matc.az xəbər verir ki, yeni turun pərdəsi avqustun 29-da, şənbə günü "Qəbələ" və "Şamaxı" komandaları arasında açılacaq. Qəbələ şəhər stadionunda keçiriləcək bu görüş saat 18:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə saat 20:15-də "Şəfa" komandası "SOCAR Polymer Arena"da "İmişli"ni qəbul edəcək.

Avqustun 30-da, bazar günü turun daha iki maraqlı oyunu baş tutacaq. Əvvəlcə saat 18:00-da Gəncə şəhər stadionunda çempionatın gərgin qarşılaşmalarından biri – "Kəpəz" – "Turan Tovuz" matçı reallaşacaq. Axşam proqramında isə paytaxt təmsilçiləri üz-üzə gələcək. Belə ki, saat 20:15-də "Zirə" öz meydanında "Neftçi" klubunu sınağa çəkəcək.

Tura avqustun 31-də, bazar ertəsi günü keçiriləcək son iki oyunla yekun vurulacaq. Saat 18:00-da "Araz-Naxçıvan" komandası Qəbələ şəhər stadionunda "Sabah"ı qonaq edəcək. Turun sonuncu qarşılaşması isə saat 20:15-də "SOCAR Polymer Arena"da "Sumqayıt" və "Qarabağ" klubları arasında baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest