UEFA-nın "Hattrick" proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-dən 22-dək "D" kateqoriyalı məşqçi kursları keçiriləcək.
UEFA-nın "Hattrick" proqramı çərçivəsində AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 20-dən 22-dək "D" kateqoriyalı məşqçi kursları keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Üç gün davam edəcək kurslar Bayıl stadionunda təşkil olunacaq. Təlimlər AFFA-nın məşqçi kursları üzrə təlimatçıları tərəfindən nəzəri və praktiki hissələr üzrə aparılacaq.
Kursda iştirak ödənişsizdir. 16 yaşına çatmış şəxslər oktyabrın 14-dək aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Kursda iştirak hüququ qazanan şəxslərlə oktyabrın 15-dən etibarən əlaqə saxlanılacaq.













