"Bavariya"nın fəxri prezidenti Uli Höness UEFA-nın gərgin oyun təqvimi siyasətini və Millətlər Liqasını sərt şəkildə tənqid edərək bu turniri "ilin zarafatı" adlandırıb.

Matc.az xəbər verir ki, klub rəhbəri futbolçuların həddindən artıq yüklənməsindən narazılığını dilə gətirib. O, klubların bu vəziyyətə qarşı birgə addım atmalı olduğunu vurğulayıb.

"Millətlər Liqası tam bir cəfəngiyatdır, mən buna ilin zarafatı deyərdim. Oyunçuların maaşını UEFA yox, klublar ödəyir. Onlar isə hər gün yeni turnirlər uydurub futbolçuları daha çox oynamağa məcbur edirlər. Artıq klublar öz səsini ucaltmalı və bu gərgin təqvimə "dur" deməlidir. Futbolçuların sağlamlığı təhlükə altındadır və bu gedişat belə davam edə bilməz", - deyə Höness bildirib.

Qeyd edək ki, "Bavariya"nın rəsmisi beynəlxalq fasilələr zamanı zədələnən oyunçuların klubların mövsüm boyu planlarına ciddi zərbə vurduğunu da əlavə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest