Dario Baççin Milan "İnter"inin idman direktoru vəzifəsinə təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionunun mətbuat xidməti məlumat yayıb.

Baççin bu vəzifədə Pyero Auzilionu əvəzləyib. Sələfinin cari mövsümün sonunda, müqavilə müddəti başa çatdıqdan sonra "İnter"dən ayrılacağı gözlənilsə də, tərəflər əməkdaşlığa vaxtından əvvəl xitam vermək qərarına gəliblər.

Baççin 2017-ci ildən "İnter"də çalışır. O, 2025-ci ilə qədər Auzilionun müavini olub, 2025-ci ilin yayından isə yaradılmasının ideya müəllifi olduğu "İnter" U-23 gənclər komandasına rəhbərlik edib. "İnter"ə gəlməzdən əvvəl "Siena"da skaut, həmçinin "Palermo"da akademiya və əsas komandanın meneceri kimi fəaliyyət göstərib.

Auzilionun xidmətində isə bir neçə Premyer Liqa klubu maraqlıdır ki, hazırda onun karyerasını davam etdirmək üçün ən real variant "Tottenhem" hesab olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest