Qana millisinə yenidən təxminən 2 ay əvvəl istefa verən portuqaliyalı mütəxəssis Karluş Keyruş baş məşqçi təyin olunub.

Matc.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyası (GFA) məlumat yayıb.

Bildirilir ki, hazırda əməkdaşlığın müddəti və maliyyə detalları məlum deyil. Qeyd olunduğu kimi, növbəti səlahiyyət müddəti və komandanın gələcək planları barədə təfərrüatlar daha sonra açıqlanacaq.

Qeyd edək ki, Keyruş "qara ulduzlar"a 2026-cı ilin aprelində, dünya çempionatının startı ərəfəsində əvvəlki məşqçi Otto Addonu əvəzləyərək rəhbərlik edib. Onun rəhbərliyi altında Qana 5 oyun keçirib (1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyət).

Dç-2026-nın qrup mərhələsində qanalılar Panama üzərində minimum hesabla qələbə qazanıb (1:0), İngiltərə ilə heç-heçə edib (0:0) və Xorvatiyaya uduzublar (1:2) ki, bu da onlara qrupdan çıxmaq imkanı verib.

Lakin dünya çempionatının pley-off mərhələsinin 1/16 finalında Qana millisi gərgin mübarizədə Kolumbiyaya 0:1 hesabı ilə məğlub olaraq turnirdə çıxışını başa vurub. Bundan sonra, iyulun 6-da Keyruş istefa verdiyini elan edib.

Əlavə edək ki, "qara ulduzlar"ın məşqçisi kimi fəaliyyətindən başqa, Keyruş beynəlxalq səviyyədə Oman, Qətər, İran, Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ kimi millilərdə iş təcrübəsinə malik olub.

Klub səviyyəsində 73 yaşlı mütəxəssis "Sportinq", "Metrostarz", "Naqoya Qrampus", Madrid "Real"ına rəhbərlik edib və "Mançester Yunayted"də Aleks Ferqyusonun köməkçisi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest