İngiltərəli vinger Ris Nelson Rotterdam "Feyenoord"unun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilə 10 aylıq – 2027-ci il iyunun sonuna qədər nəzərdə tutulub. Nelson "Feyenoord"a azad agent kimi keçib – o, ötən həftə "Arsenal"la müqaviləsinə vaxtından əvvəl xitam verib.

Nelson 2021/22 mövsümündə də icarə əsasında "Feyenoord"da çıxış edib. O, bütün turnirlərdə keçirdiyi 32 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Ris Nelson "Arsenal" akademiyasının yetirməsidir və ümumilikdə klubda 18 il keçirib. Bu müddət ərzində o, komandanın heyətində bütün turnirlərdə 90 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmənin müəllifi olub. "Feyenoord"dan başqa, o, həmçinin "Hoffenhaym", "Fulhem" və "Brentford"a da icarəyə göndərilib.

Nelsonun İngiltərənin müxtəlif yaş qrupları üzrə gənclərdən ibarət yığmalarında keçirdiyi 39 oyunda 22 qolu var. 26 yaşlı oyunçunun hazırkı transfer dəyəri 8 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest