03 Sentyabr 2026, 15:00
FUTBOL
İtaliyalı vinger Stefan El-Şaravi "Cenoa"nın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Genuya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 1 mövsümlük – 2027-ci il iyunun sonuna qədər nəzərdə tutulub. Müqavilədə həmçinin müddətin daha 1 il uzadılması variantı da var.
El-Şaravi "Cenoa"ya azad agent kimi keçib – onun "Roma" ilə müqaviləsinin müddəti cari ilin yayında başa çatıb.
"Cenoa" El-Şaravi üçün doğma klubdur: o, böyük futbolda məhz "qrifonlar"ın heyətində debüt edib və cəmi 3 oyun keçirib. 33 yaşlı vinger həmçinin "Padova", "Milan", "Monako" və "Şanxay Şenxua"nın da şərəfini qoruyub.
O, 2012-2024-cü illər aralığında İtaliya millisində 32 oyun keçirib və 7 qol vurub.












