47 yaşlı şotland mütəxəssis Riçard Hyuz "Liverpul"un idman direktoru vəzifəsindən ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, əməkdaşlıq Hyuzun öz təşəbbüsü ilə vaxtından əvvəl başa çatıb. Təcrübəli mütəxəssis bu qərarını yeni çağırışlar axtarmaq istəyi ilə əsaslandırıb.
Onun tezliklə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun idman direktoru vəzifəsinə təyin olunacağı gözlənilir.
Riçard Hyuz 2024-cü il edin yayından Mersisayd təmsilçisində idman direktoru vəzifəsini icra edirdi. O, buna qədər 10 il ərzində "Bornmut" klubunda texniki direktor olaraq çalışıb.
Hazırda "Liverpul"da onu əvəz etməyə ən əsas namizəd kimi Culian Uordun adı çəkilir. Uord 2012-ci ildən bəri klubun strukturunda yer alır və artıq 2022/23 mövsümündə idman direktoru funksiyasını yerinə yetirib.












_1788611807.jpg)
