Gələn il keçiriləcək Avropa çempionatı üçün bilet satışının birinci mərhələsində rekord qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı UEFA rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, qitə futbol qurumu indiyə qədər 19 milyon 300 min müraciət alıb. Buna qədər rekord AVRO-2016-ya məxsus idi. Həmin turnirin başlamasından əvvəl 11 milyon bilet istəyi olub.

Qeyd edək ki, AVRO-2020-nin final mərhələsi gələn il 12 iyun - 12 iyul tarixləri aralığında 12 şəhərdə - London, Münhen, Roma, Bakı, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Bilbao, Qlazqo, Amsterdam və Sankt-Peterburqda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest