"Mançester Siti"nin hücumçusu Erlinq Haland klubun maliyyə qaydalarını pozması ilə bağlı yaranan böyük qalmaqal fonunda İngiltərə Premyer Liqasının VI turunda "Liverpul"la keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ulduz futbolçu yaranmış gərgin vəziyyətlə bağlı komandanı və azarkeşləri birliyə səsləyib: "Biz bir yerdə olmalı, bir-birimizə dəstək verməli və pozitivliyimizi qorumalıyıq. Həyatda nə baş verir versin, biz həmişə gülümsəməliyik. Pozitiv qalmalı, irəliyə baxmalı, futbol matçlarında qalib gəlməyə çalışmalı, vəziyyətdən zövq almalı və oyunda qələbə qazanmalıyıq.
Bura, ümumilikdə Böyük Britaniya mənim üçün çox doğmadır. Anam da, atam da burada, Nottingem və Lidsdə 10 il yaşayıblar. Deməliyəm ki, "Mançester Siti" üçün çox narahatam. Azarkeşlər mənim üçün çox önəmlidir, çünki mən özüm də azarkeşəm və onların hisslərini anlayıram", – deyə Haland qeyd edib.
Qeyd edək ki,müstəqil komissiyanın araşdırmasından sonra "Mançester Siti" 115 epizoddan 114-ü üzrə təqsirli bilinib. İttihamlar qeyri-dəqiq maliyyə məlumatlarının təqdim edilməsi, oyunçulara və məşqçilərə qanunsuz ödənişlərin edilməsi, həmçinin maliyyə nəzarəti tələblərinə əməl olunmaması ilə bağlıdır.













