Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra start götürəcək VII turun hakim təyinatları müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Üç günü əhatə edəcək turun qarşılaşmalarını idarə edəcək baş hakimlərin adları məlumdur. Oktyabrın 9-da keçiriləcək turun açılış matçında, saat 16:00-da Şamaxı şəhər stadionunda start götürəcək "Araz-Naxçıvan" – "Kəpəz" görüşünün baş hakimi Rəşad Əhmədov olacaq. Həmin gün saat 19:30-da "Palms Sports Arena"da baş tutacaq "Neftçi" – "Sabah" paytaxt derbisini isə FIFA referisi Rauf Cabarov idarə edəcək.

Oktyabrın 10-da reallaşacaq növbəti iki qarşılaşmada da ədalət təmsilçiləri iş başında olacaqlar. Saat 17:00-da başlayacaq "Zirə" – "Şamaxı" oyununda baş hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Günün digər matçında – saat 19:30-da start götürəcək "Sumqayıt" – "Qəbələ" qarşılaşmasının baş hakimi isə Kamranbəy Rəhimov olacaq.

Tura oktyabrın 11-də keçiriləcək son iki görüşlə yekun vurulacaq. Saat 16:00-da Yevlax şəhər stadionunda oynanılacaq "İmişli" – "Qarabağ" matçında Elvin Bayramov ədaləti qoruyacaq. VII turun son qarşılaşmasında – saat 18:30-da reallaşacaq "Şəfa" – "Turan Tovuz" görüşünün baş hakimi isə Əli Əliyev olacaq.

Premyer Liqa
VII tur
9 oktyabr (cümə)

"Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu, 16:00

"Neftçi" – "Sabah"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"Palms Sports Arena", 19:30

10 oktyabr (şənbə)

"Zirə" – "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 17:00

"Sumqayıt" – "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
"SOCAR Polymer Arena", 19:30

11 oktyabr (bazar)

"İmişli" – "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu, 16:00

"Şəfa" – "Turan Tovuz"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
"SOCAR Polymer Arena", 18:30

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest