"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Dortmund "Borussiya"sına qarşı Bakıda keçirəcəyi ev oyununun biletləri artıq satışa çıxarılıb.
"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Dortmund "Borussiya"sına qarşı Bakıda keçirəcəyi ev oyununun biletləri artıq satışa çıxarılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, biletlərin qiymətləri sektorlardan asılı olaraq 15, 40, 50, 75, 120 və 650 manat arasında dəyişir. Azərbaycan çempionu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda Almaniya nəhəngini qəbul edəcək. Sözügedən qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.
Böyük marağa səbəb olan qarşılaşmanı stadiondan izləmək istəyən azarkeşlər biletləri "iTicket.az"ın internet saytı vasitəsilə onlayn şəkildə əldə edə bilərlər.
Xatırladaq ki, Bakı təmsilçisinin turnirdəki ilk ev oyunu olacaq "Slaviya" matçına da (13 oktyabr) bilet satışı hazırda davam edir.













