“Mənim üçün önəmlisi çıxış etdiyim mövqe yox, komandaya kömək etməkdir. Özümü burada yaxşı hiss edirəm”. Matc.az xəbər verir ki, bunu Rumıniyanın "Universitatya Krayova" klubunun futbolçusu Kamer Qaka iyulun 18-də "Səbail"ə qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. 
 
24 yaşlı yarımmüdafiəçi hamı kimi qol vurmaq istədiyini bildirib: "Bütün futbolçular meydana bu istəklə çıxırlar". (Sportnet)
 
Qeyd edək ki, sabah "İon Oblemenko" stadionunda keçiriləcək "Universitatya Krayova" - "Səbail" matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest