Bu gün gənclərdən ibarət taekvondo yığmamız Ukraynaya yollanıb. Matc.az xəbər verir ki, Xarkov şəhərində bir neçə komanda arasında təşkil olunan təlim-məşqlərə dəvət alan millimiz 16 idmançı ilə təmsil olunacaq.
Baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərlik etdiyi gənclər millisinin üzvlərindən Riyad Şirəliyev (45 kq), Nihad Abbasov (48 kq), Səyyad Dadaşov (51 kq), Pərviz İsgəndərov (55 kq), Nicat Zamanov (59 kq), Kənan Mahmudov (59 kq), Pirəli Cəfərli (73 kq), Taleh Süleymanov (78kq), Vüsal Balaqadaşov (78 kq yuxarı), Səidə Əliyeva (42 kq), Ofelya Allahverdiyeva (44 kq), Fəridə Rzayeva (49 kq), Mirvari Qəmbərli (52 kq), Qönçə Hüseynli (55 kq), Leyla Məmmədova ( U-21, 57 kq) və Ələsgər Əliev (U-2, 68 kq) məşqlərdə iştirak edəcək.
10 gün davam edəcək məşqlərin sonunda taekvondoçularımız digər ölkələri təmsil edən idmançılarla qüvvələrini sınayacaq.