Qazaxıstanın paytaxtı Nursultanda keçiriləcək güləş üzrə dünya çempionatına az vaxt qalır. Matc.az xəbər verir ki, komandalarımız mundiala hazırlığın son mərhələsinə qədəm qoyur. 
 
Avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verən sərbəst güləş üzrə yığmamız orada olduğu müddətdə əsasən ümumi fiziki hazırlıq və taktiki-texniki çalışmalar üzərində işləyib. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında hazırlıq keçən millimizin son təlim-məşq toplanışı Bakıda baş tutacaq. 
 
Komandamız sentyabrın 1-dən 16-dək Olimpiya Güləş Mərkəzində dünya çempionatının son hazırlığını keçib Qazaxıstana yola düşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest