"Yuventus" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Turin klubunun kapitanı Corcio Kyellini sıradan çıxıb.

35 yaşlı mərkəz müdafiəçisi son məşqlərin birində ağır zədə alıb. Tibbi müayinə zamanı çarpaz bağların qopduğu aşkarlanıb. Həkimlər kapitanın əməliyyat edilməsinə qərar verib.

Bu isə o deməkdi ki, Kyellini ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest