Futbol üzrə Qazaxıstan çempionatında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Taraz"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
 
Əsas heyət üzvü olan Emil bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Tobol" hazırda 52 xalla 12 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest