07 Sentyabr 2019, 23:30
DÖYÜŞ NÖVLƏRİ
Türkiyənin İstanbul şəhərində karate kyokuşinkay üzrə Avropa çempionatı keçirilir. Matc.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi Berxuda İsmayılov da qitə birinciliyində qüvvəsini sınayıb.
60 kq çəki dərəcəsində yarışan təmsilçimiz İstanbuldakı Bayrampaşa İdman Kompleksində keçirilən qitə çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, "Forza Neftçi" Azarkeş qrupunun üzvü olan İsmayılov daha öncə dünya kubokunda qalib gəlib, dünya çempionatında isə 2-ci yeri tutub.