10 Sentyabr 2019, 09:38
DÖYÜŞ NÖVLƏRİ
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Matc.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.