"La Liqada liderlik bizi bir qədər həyəcanlandırır. Uğurlu çıxışın davamı üçün həftə ərzində məşqlərimizi eyni şəkildə davam etdirməliyik. İndi Avropa Liqası barədə düşünmək lazımdı. Xüsusən də, qrupda ilk oyun çox önəmlidi".

"Səfərdə qalib gəlmək çətindi. "Alaves" üzərində qələbə bizə müsbət enerji verdi". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Oliver Torres deyib.

La Liqanın IV turunda "Alaves"i səfərdə məğlub edən (1:0) əndəlüs təmsilçisi Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın qonağı olacaq. 25 yaşlı oyunçu avrokuboklarda ilk oyunun onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "La Liqada liderlik bizi bir qədər həyəcanlandırır. Uğurlu çıxışın davamı üçün həftə ərzində məşqlərimizi eyni şəkildə davam etdirməliyik. İndi Avropa Liqası barədə düşünmək lazımdı. Xüsusən də, qrupda ilk oyun çox önəmlidi. Nə qədər çox futbolçu məşqçilər korpusunun ixtiyarında olsa, bir o qədər yaxşıdı. Belədə paltardəyişmə otağında da əhval-ruhiyyə yüksək olur".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" qarşılaşması sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest