"Real" klubunda gərginlik artmağa başlayıb. Buna səbəb bir neçə futbolçunun baş məşqçi Joze Mourinyonun strukturlaşdırılmış sistemdən daha çox fərdi ustalığa bel bağlamasından narazılıq etməsidir.

Matc.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun soyunub-geyinmə otağında parçalanma getdikcə dərinləşir. Komandaya hansı məşqçinin lazım olduğu ilə bağlı gözləntilər bir-biri ilə ziddiyyət təşkil edir.

Vurğulanır ki, "Real"ın sabiq baş məşqçisi Xabi Alonso həddindən artıq mürəkkəb taktik yanaşmasına görə işindən azad edilmişdisə, indi Mourinyo taktiki dərinliyin çatışmazlığına görə tənqid olunur.

Portuqaliyalı mütəxəssis bu yay "Real"ın sükanı arxasına keçib. Onun müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest