MLS liqasında XXXI turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, "Los-Anceles Qalaksi" "Sportinq Kanzas Siti" ilə qarşılaşıb.

"Dayniti Hilt Sports Park"da keçirilən oyun birincilərin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç bu oyunda da het-trikə imza atıb.

Bununla Zlatan cari mövsümə qollarının sayını 26-ya çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest