21 May 2025, 00:27
FUTBOL
"Real" İsveç millisi və "Ayntraxt"ın 20 yaşlı yarımmüdafiəçisi Uqo Larssonla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, Frankfurt klubunun bir neçə matçında yarımmüdafiəçinin çıxışını İspaniya nəhənginin skautları izləyib.
Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 47 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Larssonun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.