Qazaxıstanın Almatı şəhərində keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün kişilərdə 60, 66, qadınlarda isə 48 və 52 kq çəki dərəcələrində idmançılar mübarizə aparıb.
Kişilər
60 kq
Bu çəkidə mübarizə aparan hər iki cüdoçumuz yarışa uğurlu start götürüb. Həm Turan Bayramov, həm də Kamran Süleymanov 1/4 finala qədər maneəsiz irəliləyib. İtaliyalı və monqolustanlı rəqibini məğlub edən Turan yarımfinalın bir addımlığında Qazaxıstan cüdoçusuna yenilib. Bayramov bürünc medal şansı davam etdirib. O, təsəlliverici görüşdə kiprli Georgios Balarjişviliyə qalib gəlib. Cüdoçumuzun bürünc medal uğrunda görüşdəki rəqibi çingizxan Saqinaliyev olub. Kamrandan fərqli, Turan qırğızıstanlıya məğlub olaraq, medalsız qalıb.
Kamran Süleymanov isə hətta yarımfinala da adlaya bilib. Bu mərhələyə qədər Braziliya, Ukrayna, Ermənistan və Qazaxıstan idmançısı onun qurbanı olub. Süleymanov yarımfinalda Qırğızıstan təmsilçisi çingizxan Saqinaliyevi ipponla üstələyib. Ancaq idmançımız finalda Keiji Tsujiokaya (Yaponiya) yenilərək, gümüş medal əldə edib.
66 kq
ölkəmizi bu çəkidə təmsil edən Martin Rzazadə yarışa uğurlu başlanğıc etsə də, bunun davamını gətirə bilməyib. Rzazadə İtaliya və Macarıstan idmançısını üstələsə də, 1/8 finalda braziliyalıya məğlub olaraq, medalsız qalıb.
Qadınlar
48 kq
Səbinə Əliyeva ilk görüşündəcə türkiyəli rəqəbinə yenilərək, yarışla erkən vidalaşıb.
52 kq
Zeynəb Məmmədov da Əliyeva kimi, dünya çempionatına məğlubiyyətlə start götürüb. Yaponiyalı ilə görüş onun turnirdə ilk və son mübarizəsi olub.