Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində tarixi uğur qazanan Azərbaycan millisi Vətənə dönüb. Matc.az xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub.

Milli komandamızın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideyinləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub. Belə ki, Azərbaycan millisi tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Fərdi yarışlarda isə Kamran Süleymanov(60 kq) gümüş, Vüqar Talıbov (73 kq) isə bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest