02 Oktyabr 2019, 10:04
DÖYÜŞ NÖVLƏRİ
İspaniyanın Marina Dor şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyinə start verilib. Matc.az saytı xəbər verir ki, ilk gün Azərbaycan idmançıları üçün uğurlu olub.
29 kq çəki dərəcəsində dayanaq üzərinə çıxan Zemfira Həsənzadə və 41 kq çəkidə yarışan Pünhan Mürsəlov gümüş medala layiq görülüblərsə, Şamil Mirzəyev (33 kq) bürünc medal əldə edib.