"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil qış fasiləsində komandasını dəyişməkdə israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin sabiq üzvü artıq bir neçə təklif alıb.

Xüsusən də, "Fənərbaxça" onu heyətinə qatmaqda maraqlıdı. Lakin özil hələ də özünü böyük klubda sınamaq niyyətindədi. Bu məqsədlə 31 yaşlı orta sahə oyunçusu "Barselona" rəhbərliyi ilə əlaqə saxlayıb. Türkiyə əsilli futbolçu özünü La Liqa təmsilçisinə təklif edib.

Qeyd edək ki, Məsut özil "Arsenal"a 2013-cü ildə "Real"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest