Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Qəbələ" ilə "Zirə" yoxlama görüşündə üz-üzə gəlib. Matc.az saytının məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.

Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısı qolsuz başa çatıb. Məhsuldar keçən ikinci hissənin əvvəlində Klesio Bauk hesabı açıb. Az keçməmiş mozambikli yarımmüdafiəçi bakılıların qapısına daha bir dəfə yol tapıb. "Zirə" Soni Nordenin qolu ilə hesab arasındakı fərqi minimuma endirib.

Bununla da "Qəbələ" "Zirə" üzərində 2:1 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest