Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşan APOEL-in yaranma günüdü. Matc.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, bu gün Nikosiya təmsilçisinin 93-cü ildönümüdü.

Kiprlilər "Qarabağ" üzərində qələbənin (2:1) bu baxımdan əla hədiyyə olduğunu vurğulayıb. Bu münasibətlə dünənki qarşılaşmadan sonra azarkeşlər küçələrə axışıb, səhərə qədər həm qələbəni, həm də 93-cü yaş gününü atəşfəşanlıqla qeyd ediblər.

Qeyd edək ki, APOEL 1926-cı il noyabrın 8-də bir qrup yunan gənc tərəfində yaradılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest