21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə legioner həyatı yaşaya bilər. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc futbolçunun bu ölkəyə köçmək variantı yaranıb.

Belə ki, "Trabzonspor" "Sumqayıt"ın yarımmüdafiəçisini heyətinə cəlb etmək niyyətindədi. Gələcəyin kollektivini indidən qurmağa çalışan "bordo-mavililər" diqqətini istedadlı gənclərə yönəldib. Bu mənada ölkə daxilindən bir neçə gənci U-19 komandasına qatan Qara dəniz təmilçisinin növbəti hədəfi Səbuhidi.

Həmkarlarımız trabsonluların 18 yaşlı hücumameyilli oyunçunu bir müddətdi izlədiyini və haqqında müsbət rəy formalaşdığını yazıblar. Klub rəhbərliyi yığmamızın üzvünü transfer etmək qərarına gəlib.

Qeyd edək ki, Səbuhi Abdullazadə bu mövsüm "Sumqayıt"ın əsas komandasının heyətində Premyer Liqada 12 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest