07 Mart 2026, 21:00
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanın iyun ayında azad agent kimi İngiltərə klubundan ayrılacağı ehtimal olunur.
Matc.az xəbər verir ki, bu barədə Matteo Moretto məlumat yayıb.
Bildirilir ki, hazırda iki tərəf gələcək əməkdaşlıq imkanlarını müzakirə etmir.
Bu mövsüm 31 yaşlı portuqaliyalı bütün yarışlarda komandada 38 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bernardo Silva "Mançester Siti"yə 2017-ci ilin yayında 50 milyon avroya "Monako"dan keçib. Silva hazırkı transfer dəyəri "Transfermarkt"da 27 milyon avro olaraq qiymətləndirilir.












