"Milan"ın baş məşqçisi Massimiliano Alleqri, "Real"ın maraq dairəsində olduğu barədə şayiələr fonunda klubdakı işinə diqqət yetirdiyini bildirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

"Milan"da xoşbəxtəm və 2027-ci ilə qədər müqaviləm var. Klub gələn il üçün heyəti təkmilləşdirmək üçün çox çalışır", - deyə Allegri açıqlama verib.

58 yaşlı mütəxəssisin İtaliya komandası ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.

Xatırladaq ki, Massimiliano 2025-ci ilin iyul ayından bəri "Milan"a rəhbərlik edir. Bu, məşqçinin İtaliya nəhəngində ikinci dönəmidir.

"Milan" 27 oyundan sonra 57 xalla A Seriyasının turnir cədvəlində ikinci yerdə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest