Koronavirus səbəbindən təxirə salınan liqaların bərpa müddəti uzadılıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Məlumata görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı uzadılıb.

Bunlarla yanaşı, Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da 2020-ci il aprelin 20-dək təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest