"Barselona" hücumçusu Usman Dembeleni satmayacaq. Matc.az xəbər verir ki, klub 22 yaşlı oyunçuya özünü sübut etmək üçün son bir şans daha verəcək.

Kataloniya təmsilçisi Dembeleni 2017-ci ildə 125 milyon avro qarşılığında "Borussiya"dan almışdı. Lakin oyunçunun ciddi zədə probleminin olması yetərli qədər oynamasına mane olur. İspaniya mətbuatı bu səbəbdən Dembelenin mövsüm sonunda satılacağını yazırdı. Ancaq klub rəhbərliyi bu fikirdə deyil.

22 yaşlı futbolçu bu günə qədər komandası ilə keçirdiyi 74 matçda 19 qol vurub və 17 məhsuldar ötürmə edib.

Dembele cari mövsümdə "Barselona" üçün 9 oyun keçirib və cəmi bir dəfə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest