Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub. Matc.az xəbər verir ki, 8 aydır davam edən mövsüm ilk onluqda yer alan üç futbolçunun irəliləməsi ilə nəticələnib.
 
Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.
 
Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.
 
İlk onluq belədir:
 
1. Mahmud Qurbanov - 421
 
2-3. Rəşad Sadiqov - 392
 
2-3. Rahid Əmirquliyev - 392
 
4. Azər Məmmədov - 388
 
5. Aslan Kərimov -382
 
6. Rəşad Abdullayev - 378
 
7. Aqil Məmmədov - 363
 
8. İsmayıl Məmmədov -351
 
9. Rəşad Sadıqov - 343
 
10. Elnur Abdullayev - 334

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest