İngiltərədə bütün futbol oyunları Londondan kənarda keçirilə bilər. Matc.az xəbər verir ki, koronavirus üzündən dayandırılan Premyer Liqa bərpa olarsa, paytaxt klubları ev matçlarını bölgələrdə oynayacağı ehtimal olunur.

Ənənəvi olaraq "Uembli"də keçirilən İngiltərə kubokunun final qarşılaşmasının da yerinin dəyişdiriləcəyi müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Böyük Britaniyada 5 mindən artıq adam koronavirusa yoluxub. Bu üzdən Premyer Liqa aprelin 30-dək təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest