Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.
 
BOK prezidenti Tomas Baxla Yaponiyanın baş naziri Sindzo Abe arasında məsələ müzakirə olunub. Telekonfransda digər rəsmi nümayəndələrin fikri də dinlənilib. Baş nazir görüşün ardından koronavirus pandemiyasının yayılma ehtimalının davam etdiyi üçün Olimpiadanı 2021-ci ilə təxirə salmaqla bağlı razılığa gəldiklərini açıqlayıb.
 
ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən bu cür qərar qəbul olunub. Tokio-2020-nin adı dəyişdirilməyəcək və yarış gələn ilin yayında baş tutacaq.
 
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest