İngiltərənin "Norviç Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lüksemburq yığma komandasının və bu ölkənin "Düdelanj" klubunun hücumçusu Danel Sinanini transfer edib.
 
Bu barədə "Norviç Siti"nin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Lakin bu müqavilə növbəti mövsümün startından etibarən qüvvəyə minəcək.
 
Premyer Liqa təmsilçisi bu keçidə görə heç bir təzminat ödəməyəcək. çünki Sinaninin "Düdelanj"la müqaviləsi bu yay tamam olacaq.
 
Qeyd edək ki, Lüksemburq yığmasının üzvü bu mövsüm Avropa Liqasında "Düdelanj"ın heyətində 11 oyuna çıxıb, 9 qola imza atıb. O, Lüksemburq çempionatında da 26 oyuna vurduğu 14 qolla ən məhsuldar futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest