"Əvvəllər çempionatda fasilələr yarananda futbolsuz qalmırdıq. Stadionda məşq edirdik, öz aramızda oynayırdıq. İndi isə vəziyyət başqadır. Futbol üçün çox darıxıram"

"Vaxtımı evdə keçirirəm. Ancaq məşq edirəm, kitab oxuyuram və film izləyirəm. Komanda şəklində onlayn hazırlaşırıq. Məşqçilər heyəti bizə tapşırıqlar verir. özüm də əlavə nələrsə etməyə çalışıram. çox çətin vəziyyətdi. Buna öyrəşməmişik"

Bu sözləri matc.az saytına "Sumqayıt"ın hücumçusu Amil Yunanov deyib. 27 yaşlı oyunçu futbolsuz darıxdığını və Premyer Liqanın ləğv edilməməsini istədiyini bildirib:

"Əvvəllər çempionatda fasilələr yarananda futbolsuz qalmırdıq. Stadionda məşq edirdik, öz aramızda oynayırdıq. İndi isə vəziyyət başqadır. Futbol üçün çox darıxıram. Ancaq nəsə demək olmur, insan sağlamlığı hər şeydən üstündür. Əgər Premyer Liqa ləğv edilsə, qərara hörmətlə yanaşacağıq. Mən davam etməsini istərdim. Düzdür, çempionat bərpa olunandan sonra müəyyən qədər vaxt lazım olacaq ki, formaya düşək. Məncə, problem olmaz, çox çalışmaqla öhdəsindən gələ bilərik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest